Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində könüllülük sahəsində fəaliyyət göstərən təşkilatlarla görüş keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İslahat könüllüləri" təşkilatına rəhbərlik edən Sevinc Allahverdiyeva görüşdə iştirak edib.
Görüşdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək layihələr, gənclərin inkişafı, region gənclərinin iştirakçılığının artırılması, könüllülük fəaliyyətinin təbliği və digər məsələlər ətrafında müzakirə aparılıb. Həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanan gənclər təşkilatlarının məlumat və reytinq platforması (TƏSDİQ layihəsi) barədə məlumat verilib.







