İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində istehsalat təcrübəsində olan Azərbaycan Memarlıq və İnşaat Universiteti - AzMİU-nun tələbələri bir aylıq təcrübə proqramını uğurla başa vurublar.

Təcrübə proqramının yekunu olaraq tələbələr əldə etdikləri bilik və bacarıqları təqdimat formatında nümayiş etdiriblər. Eyni zamanda, bu müddət ərzində qazanılan təcrübə və yaranan təəssüratlarla bağlı fikir mübadiləsi aparılıb.

"İslahat Könüllüləri" təşkilatına rəhbərlik edən Nailə Cəfərova tələbələrin göstərdiyi fəallığı və inkişaf meyillərini yüksək qiymətləndirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.