İİTKM-in “İslahat könüllüləri” Təşkilatı ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri arasında görüş keçirilib.

Görüşdə Təşkilata rəhbərlik edən Sevinc Allahverdiyeva tələbələrə Mərkəzin fəaliyyət istiqamətləri barədə geniş məlumat verərək onların iqtisadi, analitik və digər sahələrdə bilik və bacarıqlarının artırılması üçün Mərkəzdə yaradılmış əlverişli mühitdən danışıb.

Qeyd edək ki, hər il may ayında İİTKM-də bir sıra universitetlərin tələbələri istehsalat təcrübəsi keçir. Onlar təcrübə müddətində startap ekosistemi və innovasiyalar, data analitika, maliyyə, rəqəmsal ticarət, insan resursları, ictimaiyyətlə əlaqələr kimi sahələrdə tədqiqatlar aparır, təlimlərə qoşulur, tədbirlərdə fəal iştirak edirlər.