İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat Könüllüləri” Təşkilatı Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumunda təmsil olunub. “Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu” Gənclər və İdman Nazirliyinin, “ASAN xidmət”in və Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində baş tutub.
Müxtəlif könüllü təşkilatlarını bir araya gətirən forumda könüllülər üçün bu dəfə müxtəlif şirkətlərin iştirakı ilə karyera sərgisi baş tutub. Forumun açılış mərasimində Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciəti səsləndirilib. Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı da iştirak edib.
Sonda isə il ərzində fəallığı və təşəbbüskarlığı ilə fərqlənən gənc könüllülər, həmçinin “İslahat Könüllüləri” Təşkilatının könüllüsü Turan Niftəliyeva “İlin Könüllüsü” mükafatı ilə təltif olunublar.  
Forum Azərbaycan könüllüləri adından Prezident İlham Əliyevə ünvanlanan müraciətlə yekunlaşıb.