İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat Könüllüləri təcrübə proqramını uğurla başa vuraraq təqdimatlarla çıxış ediblər.
Azərbaycan Dillər Universitetinin tələbəsi Ruqiyyə Məmmədli "İnsan resurslarında performansın qiymətləndirilməsi" mövzusunda, Xəzər Universitetinin tələbəsi Fidan Qarayeva "İctimaiyyətlə əlaqələrin dövlət idarəçiliyində rolu" mövzusunda, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Nuriyyə Şəfizadə "Səhiyyənin üçpilləli idarəetmə modeli" mövzusunda, Sumqayıt Dövlət Universitetinin tələbəsi Aysun Bədəlova "İnformasiya texnologiyaları" mövzusunda çıxış ediblər.









