İslahat Könüllüləri 2016-cı ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərkibində yaradılıb. Könüllü proqramının təsis edilməsində prioritet məqsəd gənclərin iqtisadi və analitik sahədəki mövcud potensialını üzə çıxarmaq və ondan səmərəli istifadə etmək, gələcək karyeralarına görə onları doğru yönəltmək və onların asudə vaxtlarını düzgün qiymətləndirmələrinə yardımçı olmaqdır. Təsis olunduğu vaxtdan etibarən İslahat Könüllülərinə beynəlxalq və yerli ekspertlər, dünyanın nüfuzlu universitetlərinin professorları, eləcə də İİTKM-in əməkdaşları tərəfindən əsasını iqtisadi mövzuların təşkil etdiyi müxtəlif sahələri əhatə edən təlimlər təşkil olunur.
Könüllü olaraq gənclər maliyyə, rəqəmsal iqtisadiyyat, insan resursları, jurnalistika, informasiya texnologiyaları, qrafik dizayn, marketinq və digər sahələrdə bilik və bacarıqlarını artıra bilərlər.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat İcmalının "Azərbaycan Könüllüləri" adlı xüsusi buraxılışı
Buraxılışa baxTərəfdaş
Sertifikat almış könüllü