*ANALİTİKA *MALİYYƏ *İNFORMASİYA TEXNOLOGİYALARI *DİZAYN *MARKETİNQ *JURNALİSTİKA *İNSAN RESURSLARI *LAYİHƏLƏR *MENECMENT *RƏQƏMSAL İQTİSADİYYAT
Könüllülər 3 ay müddətində aid olduqları departamentdə fəal iştirak edərək verilən tapşırıqlara məsuliyyətli və dəqiq yanaşırlar. Fəaliyyətin 3-cü ayında onlar seçdikləri mövzu üzrə təqdimat hazırlayırlar. Fərqlənən könüllülər sertifikat, təşəkkürnamə, rəhbər tərəfindən verilən tövsiyə məktubu ilə təmin olunurlar.
Könüllülər 3 ay müddətində 2 növbədə fəaliyyət göstərə bilər. 1-ci növbə 9:00dan 13:00-a qədər,2-ci növbə 14:00dan 18:00-a qədər davam edir.
Beynəlxalq könüllülük təşkilatları ilə əməkdaşlıq qurur, könüllülük fəaliyyətinin kommunikasiyasını aparırlar, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi daxilində keçirilən beynəlxalq görüşlərdə və konfranslarda iştirak edirlər.
Fəaliyyət dövrü zamanı araşdırmalar əsasən ingilis və azərbaycan dilində aparılır.