17 iyun 1977-ci ildə Azərbaycan Respublikası Ağdam rayonunda anadan olub.
Təhsili
1994-1999-cu illərdə Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr təhsili alıb.
2000-2002-ci illərdə isə magistr təhsili alıb və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistraturasını fərqlənmə diplomu ilə bitirib.
2003-2006-cı illərdə aspirantura, 2011-2015-ci illərdə elmlər doktoru proqramı üzrə doktorantura təhsili alıb.
2007-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən, iqtisad elmləri namizədi olub.
2018-ci ildə iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi alıb.
2011- 2012-ci illərdə İspaniyanın Kataloniya Universitetinin ərzaq təhlükəsizliyi üzrə təhsil alıb.
2012-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkil etdiyi "Ərzaq təhlükəsizliyi üzrə dövlət proqramlarının monitorinq və qiymətləndirilməsi" kursunu bitirib.
Pedaqoji fəaliyyəti
2007-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dərs deyib.
2010-cu ildə dosent elmi adına layiq görülüb.
2015-2016-cı illərdə İngiltərənin Nyukastl (Newcastle) Universitetində qonaq professor kimi tədqiqat aparıb.
2009-cu ildə N04.013 Dissertasiya Şurasının elmi katibi olub.
2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının üzvüdür.
Azərbaycan və xaricdə nəşr olunmuş 2 monoqrafiyası, 3 kollektiv monoqrafiyası, 75-ə qədər elmi məqaləsi və tezisi var.
Əmək fəaliyyəti
2006-2009-cu illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda aparıcı elmi işçi vəzifəsində,
2010-2016-cı illərdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutunda "İstehsalın iqtisadi səmərəliliyinin artırılması və sahibkarlığın inkişaf problemləri" və "İnformasiya təminatı və monitorinq" şöbələrinin müdiri vəzifəsində çalışıb.
2011-2016-cı illərdə UNDP, FAO, UNİDO kimi beynəlxalq təşkilatların layihələrində milli məsləhətçi olub.
2016-cı ildə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində analitik,
2017-ci ildə Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri vəzifəsində çalışıb.
2020-ci ildən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində icraçı direktorun müavinidir.
Azərbaycan, ingilis və rus dillərini bilir.
Ailəlidir, üç övladı var.