AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47

+99412 521 25 35

Zənurə Talıbova / İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

21 oktyabr 1981-ci ildə Bakı şəhərində anadan olub.

Təhsili

1998-2002-ci illərdə Bakı Dövlət Universitetində Jurnalistika ixtisası üzrə bakalavr,

2004-2005-ci illərdə ABŞ-ın Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbində magistr,

2009-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisasında ikinci bakalavr, 

2018-2020-ci illərdə Bakı Dövlət Universitetində Gənclərlə iş ixtisası üzrə ikinci magistr təhsili alıb. 

 

Əmək fəaliyyəti

1998-1999-cu illərdə Azərbaycan Dövlət Teleradio Şirkətində “Yetkinlik” və “Göyqurşağı” verilişlərinin müəllifi və aparıcısı,

1999-2001-ci illərdə “Internews –Azerbaijan”da “Nə İsə” verilişinin müstəqil jurnalisti,

2002-2006-cı illərdə ANS Müstəqil Yayım və Media Şirkətində xəbərlərin aparıcısı və “Xəbərçi” verilişinin layihə rəhbəri,

2006-2014-cü illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin Prezident Aparatında və Milli Məclisdə akkreditə olunmuş xüsusi müxbiri və Xarici Əlaqələr Bürosunun rəisi,

2016-2019-ci illərdə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Kommunikasiya departamentinin PR meneceri olub.

2019-cu ildən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Kommunikasiya departamentinin rəhbəri vəzifəsində çalışıb. 2023-cü ilin fevral ayında Mərkəzdə aparılan struktur islahatlarından sonra o, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Azərbaycan, ingilis və rus dillərini bilir.

Ailəlidir, 2 övladı var.