AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47

+99412 521 25 35

Ayxan Qədəşov / Azexport.az portalının rəhbəri

31 dekabr 1990-cı ildə Quba şəhərində anadan olub.

Təhsili

2011-2016-cı illərdə Odessa Milli Rabitə Akademiyası – İqtisad Universitetinin Müəssisə iqtisadiyyatının idarə olunması ixtisası üzrə bakalvr,

2018-2020-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğunun təşkili və idarə olunması ixtisası üzrə magistr təhsil alıb.

2020-ci ildən Azərbaycan Respublikasının Aqrar Tədqiqatlar Mərkəzinin Aqrar məhsulların ixrac mexanizminin rəqəmsal transformasiya əsasında təkmilləşdirilməsi istiqamətləri ixtisası üzrə doktarantura təhsil alır.

Pedaqoji fəaliyyəti

2022-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında dərs deyir.

Əmək fəaliyyəti

2017-2020-ci illərdə Azexport.az internet portalının ofis meneceri vəzifəsində çalışıb.

2020-ci ildən Azexport.az internet portalının rəhbəri olaraq fəaliyyətini davam etdirir.

Azərbaycan, rus və ingilis dillərini bilir.

Ailəlidir.