AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47

+99412 521 25 35

Vüsalə Cəfərova / Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi

23 may 1976-cı ildə anadan olub.

Təhsili:

Bakı Dövlət Universitetində Tarix fakültəsinin Diplomatiya ixtisası üzrə bakalavr təhsili alıb.

2001-ci ildə Böyük Britaniyanın Mançester Universitetində Biznes və Menecment üzrə İxtisaslı menecer kimi sertifikatla təltif olunub,

2006-2008-ci illərdə Asiya İnkişaf Bankı MBA Proqramı ilə Ateneo Universitetində Maliyyə ixtisası üzrə magistr dərəcəsi alıb,

2009-cu ildə Harvard Universitetinin Kennedi Məktəbində Dövlət Maliyyə İdarəçiliyi üzrə İdarəetmə Təhsili Proqramının məzunu olub,

2012-2016-cı illərdə Azərbaycan İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda fəlsəfə doktoru proqramı üzrə təhsil alıb.

Əmək fəaliyyəti:

1997-2001-ci illərdə Bakıda "Memar Co" şirkətində idarəedici direktor,

2001-ci ildə Böyük Britaniyanın "Minale Tattersfield Co" şirkətində iqtisadçı,

2002-ci ildə Xarici Işlər Nazirliyində Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin həyata keçirilməsi üzrə layihə eksperti,

2002-2003-cü illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əməkdaşlıq İdarəsində,

2003-2005-ci illərdə İqtisadiyyat Nazirliyininin İnvestisiyalar və beynəlxalq iqtisadi əməkdaşlıq departamenti, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq sektorunda məsləhətçi,

2005-2008-ci illərdə Azərbaycan Hökuməti tərəfindən Asiya İnkişaf Bankının Direktorlar Şurasında direktor müşaviri,

2008-2009-ci illərdə USAİD-in Dövlət Büdcəsi İslahatları layihəsində iqtisadçı,

2009-2011-ci illərdə İqtisadiyyat Nazirliyində Avropa İttifaqının "İqtisadiyyat Nazirliyinin Potensialının Gücləndirilməsinə Dəstək" layihəsində  xarici ticarət siyasəti məsələləri üzrə iqtisadçı,

2011-2013-cü illərdə USAİD-in “Azərbaycanda Rəqabətlilik və Ticarət” layihəsində baş iqtisadçı,

2016-2020-ci illərdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin strateji təhlil və planlaşdırma meneceri olub.

2020-ci ildən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Layihələr departamentinin rəhbəri vəzifəsində çalışıb. 2023-cü ilin fevral ayında Mərkəzdə aparılmış struktur islahatları nəticəsində Layihələr departamenti ləğv olunub. Bu səbəbdən qurumun Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi təyin olunub. 

2024-cü ilin aprel ayından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəridir. 

Azərbaycan, ingilis və rus dillərini bilir.

Ailəlidir, 2 övladı var.