02 noyabr 1976-cı ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda anadan olub.
Təhsili
1993-1997-ci illərdə Azərbaycan Texniki Universiteti, “Mühəndis iqtisadiyyatı və idarəetmə” ixtisası, bakalavr;
1997-1999-cu illərdə Azərbaycan Texniki Universiteti, “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (nəqliyyat)” ixtisası, magistr;
1999-2004 – cü illərdə Azərbaycan Texniki Universiteti, “Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə aspirant;
2007-ci ildən “5312.01 - Sahə iqtisadiyyatı” ixtisasında iqtisad üzrə fəlsəfə doktoru;
2011-ci ildən “Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə dosent;
2022-ci ildən “5312.01 - Sahə iqtisadiyyatı” ixtisasında iqtisad üzrə elmlər doktorudur.
Pedaqoji fəaliyyəti
2008-2009-cu illərdə Azərbaycan Kooperasiya Universiteti, baş müəllim;
2010-2017-ci illərdə Azərbaycan Universiteti, dosent;
2021-2022-ci illərdə Azərbaycan Universiteti, dosent;
20 ədədi Amerika, Almaniya, Rusiya, Türkiyə, Qazaxıstan, Ukrayna və s. ölkələrdə çap olunmaqla 162 elmi məqalə və ya tezisin, 5 monoqrafiya, 3 dərs vəsaiti və 1 dərsliyin, “Xalq”, “Respublika”, “İqtisadiyyat” qəzetlərində çap olunmuş 100-dən çox elmi-publisistik məqalənin müəllifi və ya həmmüəllifidir.
Əmək fəaliyyəti
2005-2008-ci illər - İqtisadi İnkişaf nazirliyinin (indiki İqtisadiyyat nazirliy) İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, aparıcı elmi işçi;
2009-2018-ci illər – Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, Xidmət sahələrinin inkişaf problemləri şöbəsinin müdiri;
2018-2021-ci illər – Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri;
2022-ci ildən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri vəzifəsində işləyib.
2023-cü ilin fevral ayında qurumda aparılan struktur islahatlarından sonra o, həmin tarixdən Strateji planlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışır.
Azərbaycan, rus, ingilis və türk dillərini bilir.
Ailəlidir, 3 övladı var.