AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47

+99412 521 25 35

Elnur Ələkbərov / İqtisadi təhlil şöbəsinin müdir müavini

28 oktyabr 1988-ci ildə Sumqayıt şəhərində anadan olub.

Təhsili

2007-2011-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) menecment ixtisası üzrə bakalavr;

2012-2014-cü illərdə Qafqaz Universitetində (indiki Bakı Mühəndislik Universiteti) biznesin idarə edilməsi (MBA) ixtisası üzrə magistr;

2015-2017-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda doktorantura təhsili alıb.

2022-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Pedaqoji fəaliyyəti

2020-2023-cü illərdə Azərbaycan Texniki Universitetinin İqtisadiyyat və statistika kafedrasında baş müəllim və dosent vəzifələrində çalışıb.

Yerli və beynəlxalq jurnallarda dərc olunmuş 20-dan çox elmi məqalə və tezisin müəllifidir.

Əmək fəaliyyəti

2011-2022-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda mütəxəssis, baş mütəxəssis, böyük elmi işçi, şöbə müdiri;

2022-ci ilin sentyabr ayından 2023-cü ilin iyul ayına qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Əmək bazarı və sosial müdafiə sahəsi üzrə tədqiqatlar departamentinin Təhlil və tədqiqatlar şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb.

2023-cü ilin iyul ayından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışır.

Azərbaycan, ingilis, rus və türk dillərini bilir.

Ailəlidir, 2 övladı var.