AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47

+99412 521 25 35

Yusif Məmmədov / Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi

30 iyun 1998-ci ildə Bakı şəhərində anadan olub.

Təhsili

2015-2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə bakalavr təhsili alıb və bu universiteti fərqlənmə diplomu ilə bitirib.

2019-2021-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə menecmenti ixtisası üzrə magistr təhsili alıb.

2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının daxili fiskal siyasət və dövlət maliyyəsi ixtisası üzrə doktorantura səviyyəsinə daxil olub və hazırda təhsilini davam etdirir.

Əmək fəaliyyəti

2020-2022-ci illərdə  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kadr məsələləri üzrə mütəxəssis vəzifəsində çalışıb.

2022-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında maliyyə üzrə aparıcı mütəxəssis vəzifəsində fəaliyyət göstərib.

2023-cü ilin avqust ayından Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində çalışır.

ACCA F3 (Financial Accounting) beynəlxalq maliyyə sertifikatına malikdir.

Azərbaycan, ingilis və türk dillərini bilir.