AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47

+99412 521 25 35

Samir Məmmədov / icraçı direktorun müşaviri

27 dekabr 1978-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub.

Təhsili

1995-1999-cu illərdə Azərbaycan Dövlət İqtisadi İnstitutunda mühasibat uçotu və audit ixtisası üzrə bakalavr,       

2006-2008-ci illərdə Azərbaycan Dövlət İqtisadi Universitetində maliyyə ixtisası üzrə magistr təhsili alıb.

Əmək fəaliyyəti

2000-2001-ci illərdə “ManatBank” Kommersiya Bankında xəzinədar,

2001-2003-cü illərdə “Turan” Kommersiya Bankında xəzinədar,

2003-2004-cü illərdə "Orxan" ASC-də iqtisadçı,

2004-2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyinin Dövlət investisiya siyasəti və proqramları şöbəsində məsləhətçi, böyük məsləhətçi və sektor müdiri vəzifəsini icra edən,

2010-2024-cü illərdə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətində aparıcı mütəxəssis, böyük mütəxəssis və şöbə rəisi vəzifələrində çalışıb.

İri həcmli məlumatların qəbulu və emalı üzrə ixtisaslaşıb.

Power BI, Python, Rstudio, SQL proqramları ilə işləyə bilir.

Power BI, Microsoft Excel üzrə müxtəlif təşkilatlara və dövlət müəssisələrinə təlimlər keçir.

2024-cü ilin iyun ayından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində icraçı direktorun müşaviri vəzifəsində işləyir.

Azərbaycan, rus və ingilis dillərini bilir.

Ailəlidir, 3 övladı var.