25 noyabr 1989-cu ildə Azərbaycan Respublikasının Goranboy rayonunda anadan olub.
Təhsili
2006-2010-cu illərdə Bakı Dövlət Universitetində Tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr təhsili alıb və bu fakültəni fərqlənmə diplomu ilə bitirib.
2010-2012-ci illərdə Bakı Dövlət Universitetində Optimal idarəetmənin riyazi-iqtisadi üsulları ixtisası üzrə magistr təhsili alıb və bu fakültəni fərqlənmə diplomu ilə bitirib.
2013-2015-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda Ekonometriya ixtisası üzrə doktorantura təhsili alıb.
2017-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Ekonometriya ixtisasında iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2020-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Ekonometriya; iqtisadi statistika ixtisasında dosent elmi adına layiq görülüb.
Hal-hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunda elmlər doktorluğu proqramı üzrə doktorantdır.
Pedaqoji fəaliyyəti
2020-ci ildən Azərbaycan Texniki Universitetinin İqtisadiyyat və statistika kafedrasında dosent vəzifəsində çalışır.
2017-ci ildən Bakı Mühəndislik Universitetində tədris aparır.
2024-cü ildə “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Tokat Qaziosmanpaşa Universitetində (TOGÜ) tədris aparıb.
Yerli və beynəlxalq jurnallarda dərc olunmuş 20-dən çox elmi məqalə və tezisin müəllifidir.
Əmək fəaliyyəti
2011-2020-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda baş mütəxəssis, böyük elmi işçi, baş elmi işçi, şöbə müdiri;
2020-2024-cü illərdə Azərbaycan Texniki Universitetinin İqtisadiyyat və statistika kafedrasının müdiri vəzifəsində çalışıb.
2024-cü ilin iyul ayında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin olunub.
Azərbaycan, ingilis, rus və türk dillərini bilir.
Ailəlidir.