14 iyul 1990-cı ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda anadan olub.
Təhsili
2007-2011-ci illərdə Bakı Musiqi Akademiyasında bakalavr təhsili alıb.
2011-2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr pilləsini bitirib.
Əmək fəaliyyəti
2012-2016-cı illərdə “Xəzər TV” MMC-də Xəbərlər departamentinin müxbiri, “Xəzər TV”-nin Prezident Administrasiyasında və Milli Məclisdə akkreditə olunmuş xüsusi müxbiri,
2016-2019-cu illərdə “Xəzər TV” MMC-də Xəbərlər departamentinin redaktoru,
2019-2023-cü illərdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İctimai-siyasi proqramlar Studiyasının redaktoru, “Əsas Məsələ” , “Hədəf”, “AZTV XƏBƏR” proqramlarının aparıcısı olub.
Bir sıra sənədli filmlərin və televiziya proqramlarının müəllifidir.
2024-cü ilin may ayından Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışır.
Azərbaycan, ingilis və rus dillərini bilir.
Ailəlidir, iki övladı var.