AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47

+99412 521 25 35

Günel Hüseynova / İcraçı direktorun köməkçisi

3 fevral 1993-cü ildə Bakı şəhərində anadan olub.

Təhsili

2017-2021-cu illərdə Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində Geologiya mühəndisliyi ixtisası üzrə bakalavr təh­sili alıb.

“Heriot-Watt” Universitetində “Renewable Energy” və “Climate Change and Sustainability”;

PwC Academy – “Finding the unexpected: Stories of non-technical professionals breaking into technology” və “ESG”;

Deloitte, Azerbaijan France Chamber of Commerce, and United Nation – “Corporate Sustainability”;

EY Academy – “Festival of Innovation”, “Finance Review” təlimlərində iştirak edib.

Əmək fəaliyyəti

2021-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Geologiya şöbəsində istehsalat təcrübəsində iştirak edib.

2022-ci ildə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Enterprise Azerbaijan” və Səmərəliliyin qiymətləndirilməsi şöbəsində təcrübəçi,

2023-2024-cü illərdə Fövqəladə Hallar Nazirliyində Neft və qazın hazırlanması, saxlanılması, emalı və nəqlində təhlükə potensiallı obyektlərin təhlükəsizliyinin analizi, profilaktiki tədbirlərin işlənilməsi və proqnoz-modelləşdirmə şöbəsində mühəndis,

2024-cü ildə Weatherford (USA) şirkətində “Well Construction and Completion” şöbəsində TRS (Tubular Running Services) Material Koordinator vəzifələrində işləyib.

2024-cü ilin iyul ayından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində İcraçı direktorun köməkçisi vəzifəsində işləyir.

Azərbaycan, ingilis dillərini sərbəst, rus dilini A2, italyan dilini A1 səviyyədə bilir.