Təqdimat haqqında
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Səmərəliliyin qiymətləndirilməsi departamentinin könüllüsü Nuranə Osmanlı könüllü həmkarlarına monitorinq və qiymətləndirmə mövzusunda ingilis dilində təqdimat keçib. Təqdimat zamanı N.Osmanlı monitorinq və qiymətləndirmənin əhəmiyyəti, bu sahədə beynəlxalq təcrübə, müxtəlif metodologiyalar barədə maraqlı məqamlara toxunub. O, eyni zamanda, Azərbaycanda monitorinq və qiymətləndirmə, İİTKM-in dövlətin əhəmiyyətli proqram və strategiyalarının monitorinq və qiymətləndirilməsi istiqamətində əhəmiyyətli instituta çevrildiyini xüsusi vurğulayıb.
Daha sonra Nuranə islahat könüllülərinin suallarını cavablandırıb.
-
Tarix
may 21 , 2021
-
Könüllü
Nuranə Osmanlı