Təqdimat haqqında
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İslahat Könüllüləri" Təşkilatının könüllüsü Orxan Məmmədov "Azərbaycan-Orta Asiya ölkələrinin iqtisadi əlaqələri" mövzusuna dair könüllülərə təqdimat keçib.
Təqdimat zamanı O.Məmmədov sözügedən ölkələrin iqtisadi əlaqələri, Azərbaycanın qeyri-neft sektoru ixracında bu ölkələrin payı və digər maraqlı məqamlarla bağlı geniş məlumat verib. Daha sonra könüllülərin mövzu ilə bağlı suallarını cavablandırıb.
İİTKM-in İqtisadi Təhlil və Analitik İnformasiya departamentinin könüllüsü olan Orxan Məmmədovun Azərbaycan-Orta Asiya ölkələrinin iqtisadi əlaqələri ilə bağlı məqaləsi də yaxın zamanda dərc olunacaq
-
Tarix
aprel 14 , 2021
-
Könüllü
Orxan Məmmədov