"Green Talk" layihəsi çərçivəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat könüllüləri təqdimat ediblər.
Kənan Saqızadə "Yaşıl iqtisadiyyat: Davamlı inkişafın açarı" mövzusunda təqdimatı zamanı yaşıl iqtisadiyyatın əsasları, ekoloji, sosial və iqtisadi təsirləri, yaşıl texnologiyalar haqqında məlumat verib.
Arzu Məmmədova, Nərminə Alıyeva və İlyas Nəsirov isə "Yaşıl nəqliyyat" mövzusundakı təqdimat zamanı nəqliyyatın intellektual idarə edilməsi, rəqəmsallaşması və yaşıl iqtisadiyyatın məqsədlərinə çatmaqda rolu, intellektual nəqliyyat sistemlərinin istifadəsində dünya təcrübələri və Azərbaycandakı mövcud vəziyyət haqqında ətraflı danışıblar.
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi İ.Nəsirov və Dövlət İdarəçilik Akademiyasının tələbələri N.Alıyeva, K.Saqızadə və A.Məmmədova İİTKM-in İqtisadi təhlil və Strateji planlaşdırma şöbələrində təcrübə keçirlər.