İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində təcrübə keçən Çin Xalq Respublikasının Fudan Universitetinin Beynəlxalq münasibətlər və ictimai işlər məktəbində (Fudan University, School of International Relations and Public Affairs MA in Public Management) İctimai idarəetmə üzrə magistr təhsili alan Türkan Abdullayeva öz elmi araşdırmasının nəticələrini təqdim edib.
Tədqiqat “Süni intellekt idarəetməsinin tətbiqi: müqayisəli icra mexanizmləri və formalaşmaqda olan tənzimləyici sistemlər üçün institusional nəticələr” mövzusunu əhatə edib.
Təcrübə müddətini uğurla başa vuran Türkan Abdullayevaya sertifikat təqdim olunub.


