Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ildə Milli Mətbuatın 150 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunur. Bu mühüm tarix çərçivəsində “İslahat Könüllüləri” də öz töhfələrini verməyə davam edir.
İslahat Könüllüləri Təşkilatı Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, onun Azərbaycan dövlətçiliyi və mətbuat sahəsində göstərdiyi misilsiz xidmətlərini dərin hörmətlə yad etmişlər. Eyni zamanda, Milli Mətbuatın banisi, böyük maarifçi və publisist Həsən bəy Zərdabinin xatirəsinə ehtiram əlaməti olaraq Fəxri Xiyabandakı məzarı ziyarət olunmuş, üzərinə gül dəstələri düzülmüşdür.
Gənclər milli mətbuat tariximizə, azərbaycançılıq düşüncəsinə və dövlətçilik dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirdi.