Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ildə Milli Mətbuatın 150 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunur. Bu münasibətlə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat Könüllüləri Fəxri Xiyabana ziyarət edib. Könüllülər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini və Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarını ziyarət edib, onların əziz xatirəsini ehtiramla yad ediblər. Gül dəstələri qoyulub, milli irsimizə və maarifçilik dəyərlərinə bağlılıq ifadə olunub. Gənclər milli mətbuat tariximizə, azərbaycançılıq düşüncəsinə və dövlətçilik dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirib.

İslahat Könüllüləri Milli Mətbuatın yaranmasının 150 illik yubileyi münasibətilə Fəxri Xiyabana ziyarət ediblər




