İslahat Könüllüləri Bakı Gəmiqayırma Zavodunu ziyarət ediblər. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən İslahat Könüllüləri üçün Bakı Gəmiqayırma Zavoduna maarifləndirici infotur təşkil olunub. İnfotur çərçivəsində könüllü gənclər zavodun istehsal infrastrukturu, gəmiqayırma prosesinin əsas mərhələləri, tətbiq olunan müasir texnologiyalar və müəssisənin fəaliyyət istiqamətləri ilə yaxından tanış olublar.
Bakı Gəmiqayırma Zavodunun fəaliyyəti ölkənin sənaye potensialının gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsal imkanlarının genişləndirilməsi və ixtisaslı insan kapitalının formalaşdırılması baxımından mühüm iqtisadi əhəmiyyət daşıyır. İnfotur gənclərin nəzəri biliklərini real istehsalat mühiti ilə əlaqələndirməsinə, sənaye müəssisələrinin milli iqtisadiyyatdakı rolunu daha dərindən dərk etməsinə və gələcək peşəkar fəaliyyətləri üçün praktiki təsəvvürlərinin genişlənməsinə töhfə verib.




















