İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Türk Dövlətləri Təşkilatının Katibliyinin birgə təşkilatçılığı ilə “Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” keçirilib.
Türk dünyasının müxtəlif ölkələrindən dövlət rəsmilərini, aparıcı analitik mərkəzlərin rəhbər və nümayəndələrini, tanınmış ekspert və tədqiqatçıları bir araya gətirən konfrans çərçivəsində iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi, davamlı məsləhətləşmələrin genişləndirilməsi və birgə tədqiqat təşəbbüslərinin inkişaf etdirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Panel müzakirələrində Türk dövlətləri arasında analitik əməkdaşlığın yeni istiqamətləri, ortaq çağırışlar və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.
İslahat könüllülərimiz də bu mühüm beynəlxalq tədbirin yüksək səviyyədə təşkilinə öz töhfələrini veriblər. Könüllülər qonaqların qarşılanması və qeydiyyatından başlayaraq tədbir boyu təşkilati və koordinasiya işlərinə qədər müxtəlif istiqamətlərdə fəal iştirak edərək komandamıza dəstək göstəriblər.






