İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) təcrübə proqramında iştirak edən Milli Aviasiya Akademiyasının tələbələri Əmirov Emil, Bayramzadə Ayşən və Mehrəliyeva Aysun, eləcə də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Quliyeva Leyla proqramı uğurla başa vurublar. Təcrübə müddətində tələbələr Mərkəzin fəaliyyət istiqamətləri ilə yaxından tanış olub, nəzəri biliklərini praktiki bacarıqlarla zənginləşdirib və peşəkar iş mühitində təcrübə qazanıblar. Fəal iştirakları və məsuliyyətli yanaşmaları nəzərə alınaraq, tələbələr sertifikatlarla təltif olunublar. İİTKM olaraq tələbələrə gələcək təhsil və peşəkar fəaliyyətlərində uğurlar arzulayırıq.