İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Xəzər Universitetinin iqtisadiyyat, maliyyə və menecment ixtisasları üzrə təhsil alan tələbələri istehsalat təcrübəsinə başlayıblar.

İstehsalat təcrübə proqramının başlanması münasibətilə keçirilən görüşdə Mərkəzin İnsan Resursları üzrə meneceri Mətanət Rəsulova tələbələrə Mərkəzin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və əməkdaşlar üçün yaradılan inkişaf imkanları barədə ətraflı məlumat verib.

İslahat Könüllüləri layihəsinin rəhbəri Nailə Cəfərova isə təcrübə proqramının məqsədi, tələbələrin əldə edəcəkləri praktik bilik və bacarıqlar, həmçinin peşəkar inkişaf imkanları barədə danışıb.

Görüş çərçivəsində tələbələrlə qarşılıqlı fikir mübadiləsi aparılıb, onların təcrübə proqramı ilə bağlı gözləntiləri dinlənilib və gələcək fəaliyyət perspektivləri müzakirə olunub. Sonda istehsalat təcrübəsinə başlayan tələbələrə uğurlar arzulanıb