AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47

+99412 521 25 35

Mətanət Rəsulova / İnsan resursları üzrə menecer

28 yanvar 1963-cü ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olub.

Təhsili

1981-1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində ali təhsil,

1989-1992-ci illərdə Azərbaycan Res­publikası Elmlər Akademiyasının Kibernetika İnstitutununda İqtisadi-riyazi üsullar ixtisası üzrə məqsədli aspirantura təhsili alıb.

2000-ci ildə İqtisadi-riyazi üsullar ixtisası üzrə iqtisad elmləri namizədi olub.

2011-2015-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun iqtisad elmləri doktoru elmi dərəcəsi üzrə doktorantura pilləsində təhsil alıb.

Pedaqoji fəaliyyəti

2009-2011-ci illərdə Azərbaycan Universitetində baş müəllim olub.

2013-cü ildə Ekonometriya ixtisası üzrə dosent adı alıb.

2015-ci ildən Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dosent-müəllimi vəzifəsində çalışır.

BMT, Asiya İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu və USAİD-in təşkilatçılığı ilə 10-dan artıq yerli və beynəlxalq konfranslarda elmi məruzələr təqdim edib.

30-dan artıq elmi məqalə və tezislərin müəllifidir.

Əmək fəaliyyəti

1986-1989-cu illərdə Azərbaycan Respublikası Tikinti Materialları Sənayesi Nazirliyinin İnformasiya-Hesablama Mərkəzində mühəndis-proqramist,

1993-2003-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində  kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi,

2003-2007-ci illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin Elmi tədqiqatlar şöbəsində aparıcı elmi işçi, şöbə müdiri,

2007-2009-cu illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun İqtisadiyyatın modelləşdirilməsi şöbəsində şöbə müdiri,

2011-2014-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun Makroiqtisadi modelləşdirmə şöbəsində şöbə müdiri,

2014-2015-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda elmi tədqiqatlar üzrə direktor müavini vəzifələrində çalışıb.

2016-cı ildən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İnsan resursları üzrə meneceridir.

 

2014-cü ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.

Azərbaycan, rus, ingilis və alman dillərini bilir.

Ailəlidir, 2 övladı var.