30 iyul 1984-cü ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olub.
Təhsili
2000-2004, 2004-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
2016-cı ildə Azərbaycan Dövlət Ali Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru dərəcəsi alıb.
2018-ci ildə Almaniya Federativ Respublikasının Zigen Universitetində elmi tədqiqat proqramında iştirak edib.
Pedaqoji fəaliyyəti
2015-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi kafedrasının baş müəllimi vəzifəsində çalışıb.
2016-cı ildən SABAH qrupları və Beynəlxalq İqtisadiyyat Məktəbində ingilis dilində "Azərbaycan İqtisadiyyatı", "İqtisadi siyasət", "İqtisadiyyatın tənzimlənməsi", "Menecment iqtisadiyyatı" fənnlərini tədris edir.
2017-ci ildə Avropa İttifaqının Erasmus proqramının müəllim mübadiləsi çərçivəsində Polşa Respublikasının Poznan İqtisadiyyat və Biznes Universitetində,
2018-ci ildə Rumuniya Respublikasının Piteşti Universitetində dərs deyib.
Yerli və beynəlxalq mətbuatda dərc olunan 30-dan çox elmi və publisistik məqalə və tezislərin müəllifidir.
Əmək fəaliyyəti
2005-2008 “Bank of Baku” ASC-də aparıcı mütəxəssis,
2008-2010-cu illərdə “Baku Electronics” MMC-də aparıcı mütəxəssis kimi çalışıb.
2010-2015-ci illərdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Aparatının Maliyyə-büdcə şöbəsinin Sosial müavinətlər sektorunda və Pensiya və müavinətlər şöbəsinin Pensiya və müavinətlərlə metodiki iş sektorunda məsləhətçi vəzifəsində fəaliyyət göstərib.
2013-cü ildə 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilib.
2020-2022-ci illərdə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində İqtisadi təhlil və analitik informasiya departamentində baş analitik vəzifəsində çalışıb.
2022-ci ildən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində İqtisadi təhlil və analitik informasiya departamentinin rəhbərinin müavini vəzifəsində çalışır. 2023-cü ilin fevral ayında Mərkəzdə aparılan struktur islahatlarından sonra o, İqtisadi təhlil şöbəsi müdirinin müavini təyin olunub
Azərbaycan, ingilis və rus dillərini bilir.
Ailəlidir, 2 övladı var.