Təqdimat haqqında
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Rəqəmsal Ticarət Qovşağının (Digital Trade Hub of Azerbaijan - DTH) könüllüsü İsmət Vaqifzadə könüllü həmkarlarına Rəqəmsal Ticarət Qovşağının Azərbaycanın sərmayə cəlbində rolu ilə bağlı təqdimat keçib. Təqdimat zamanı İ.Vaqifzadə DTH-ın Azərbaycanın qeyrineft sektorunun, rəqəmsalticarətinin inkişafına verdiyi töhfələr, xarici investorların Azərbaycana gəlmədən-məsafədən biznes qurmaq üçün prosedurların mərhələli şəkildə icrası və Qarabağın #investisiya imkanları ilə bağlı maraqlı təqdimatla geniş məlumat verib. O, həmçinin Azərbaycanın "DoingBusiness" hesabatındakı mövqeyi ilə bağlı da danışıb. Daha sonra İsmət islahatkönüllülərinin suallarını cavablandırıb.
-
Tarix
may 04 , 2021
-
Könüllü
İsmət Vaqifzadə