İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İslahat Könülləri Təşkilatı tərəfindən həyata keçirilən “Ayın Aktiv Könüllüləri” layihəsi çərçivəsində bu ayın fəal könüllüləri müəyyən edilib. Layihə çərçivəsində fəal könüllülərə həm tədbirlərdə, həm də digər fəaliyyətlərdə göstərdikləri səylərə görə simvolik hədiyyələr təqdim olunub.

Bu ayın fəal könüllüləri aşağıdakılardır:
    •    Nazim Yusifzadə – Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
    •    Asif Rzayev – Azərbaycan Fransız Universiteti
    •    Aysun Bədəlova – Sumqayıt Dövlət Universiteti

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi fəal könüllülərin fəaliyyətini yüksək qiymətləndirir və gələcək işlərində onlara uğurlar arzulayır.