İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İslahat Könüllüləri #təcrübəproqramı uğurla başa çatıb. Proqram iştirakçıları öz təcrübələrini və araşdırmalarını təqdimatlarla ictimaiyyətə təqdim ediblər.

Təqdimatlarda aşağıdakı mövzulara toxunulub:

  • DİA – Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Həsən Camallı “Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı” mövzusunda çıxış edib.
  • Bakı Dövlət Universitetinin tələbəsi Almaz Əliyeva “Rəqəmsal iqtisadiyyat” mövzusunu təqdim edib.
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tələbəsi Aitaj Nagdalieva “Krizis menecmenti” mövzusunda təqdimat edib.
  • Xəzər Universitetinin tələbəsi Ülkər Hüseynli isə “2008 Pekin Olimpiya Oyunlarında PR problemləri” mövzusunda çıxış edib.

Proqram çərçivəsində könüllülər iqtisadi islahatlar və idarəçilik sahəsində əldə etdikləri bilik və bacarıqları praktik şəkildə nümayiş etdirərək, gələcəkdə peşəkar inkişaf üçün möhkəm təməl qazanıblar.