İslahat könüllüsü Mehman Şəmilov "Süni intellekt" mövzusunu araşdıraraq könüllü yoldaşlarına təqdimat edib. O, süni intellektin müxtəlif sahələrdə tətbiqi və ən çox istifadə olunan vasitələri haqqında ətraflı məlumat verib. Daha sonra bu sahədə apardığı sosial sorğunun nəticələrini təqdim edib. İnteraktiv keçən görüşdə könüllülər öz fikirlərini, istifadə etdikləri süni intellekt həllərini bölüşüblər.