İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat Könüllüləri” Təşkilatı Azərbaycan Könüllülərinin V Həmrəylik Forumunda xüsusi stendlə təmsil olunub. Forumda İslahat könüllərinin 30-a yaxın nümayəndəsi iştirak edib. Qeyd edək ki, “Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu” Gənclər və İdman Nazirliyinin, “ASAN xidmət”in və Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə 1-9 dekabr tarixlərində həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2022” çərçivəsində baş tutub.

Açılış mərasimində Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciəti səsləndirilib,

İİTKM-in “İslahat Könüllüləri” Təşkilatının rəhbəri İsmət Vagifzadə bildirib ki, Azərbaycanda belə bir Forumun təşkil olunması və sərgi zamanı təşkilatların fərdi stendlərində Azərbaycan könüllülərinin müxtəlif sahələrdə fəaliyyəti və nailiyyətləri ilə bağlı məlumatların nümayiş olunması gənclərin bu istiqamətdə marağının artmasına səbəb olacaq. Eyni zamanda, müxtəlif könüllü təşkilatlarını bir araya gətirən forum gənclərarası kommunikasiyanın güclənməsinə səbəb olur.

Daha sonra isə il ərzində fəallığı və təşəbbüskarlığı ilə fərqlənən gənc könüllülər “İlin Könüllüsü” mükafatı ilə təltif olunublar. “İslahat Könüllüləri” Təşkilatının könüllüləri Zülfiyyə Ellazova və Türkan Atakişizadə isə “Fəal könüllü” nominasiyası ilə mükafatlandırılıb. 

Forum Azərbaycan könüllüləri adından Prezident İlham Əliyevə ünvanlanan müraciətlə yekunlaşıb.