İslahat könüllüləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə Bakıda keçirilən “II Türk dövlətləri ticarət və investisiya əməkdaşlıq forumu və sərgisində fəal iştirak ediblər.

Forumla birgə təşkil olunan sərgi çərçivəsində 10 ölkədən 35-ə yaxın sahə üzrə, o cümlədən ticarət, enerji, yaşıl iqtisadiyyat, turizm, rəqəmsallaşma və hətta kosmik tədqiqatlara qədər məhsullar və qabaqcıl texnologiyalar nümayiş etdirilir. Tədbir çərçivəsində ikitərəfli görüşlər keçirilir, şirkətlərin strateji tərəfdaşlıqları qurulur və türk dövlətlərinin ortaq brendlərinin yaradılması ilə bağlı müzakirələr aparılır.