İslahat könüllüləri Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Media Savadlılığı” konfransında iştirak ediblər. Konfrans çərçivəsində “Rəqəmsal dövrdə gənclər və media savadlılığı” mövzusunda panel sessiyası keçirilib. Panel sessiyasına moderatorluq edən Medianın İnkişafı Agentliyinin eksperti Pərvanə İbrahimova bildirib ki, Agentliyin fəaliyyət istiqamətində həm də Media Savadlılığının təhsildə tətbiqi məsələləri öz əksini tapmışdır. O, sosial media istifadəçisi olan gəncin saxta xəbərlərin təsirinə düşməməli və istənilən kontentə tənqidi yanaşma sərgiləməli olduğunun, faktı və vizual materialları yoxlayan proqramlardan da məlumatlı olmasının önəmindən danışıb.