Bu gün İslahat Könüllüləri üçün “Təşəbbüskarlıq – İdeyadan Fəaliyyətə” adlı brifinq təşkil olunub. Tədbir Enterprise Azerbaijan portalının rəhbəri İsa Qasımov tərəfindən təqdim edilib.
Brifinqin əsas məqsədi gənc könüllülərdə təşəbbüskarlıq ruhunu gücləndirmək, innovativ düşüncə və ideya generasiyasını təşviq etmək olub. İsa Qasımov iştirakçılara “Enterprise Azərbaycan” portalının imkanları, ideyaların biznesə çevrilməsi yolları və dövlətin gənclərə verdiyi dəstək mexanizmləri haqqında ətraflı məlumat verib.
Tədbir gənclərin ideyalarını reallaşdırmaq və onları cəmiyyət üçün faydalı təşəbbüslərə çevirmək istiqamətində maarifləndirici bir platforma rolunu oynayıb. Sonda iştirakçılar üçün sual-cavab sessiyası və interaktiv müzakirə imkanı yaradılıb.
Bu cür tədbirlər gənclərin təşəbbüskarlıq bacarıqlarının inkişafında əhəmiyyətli rol oynayır.
















