İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat Könüllüsü Leyla Şahbazova təcrübə proqramını uğurla tamamlayaraq təqdimatla çıxış edib. Sumqayıt Dövlət Universitetinin 2-ci kurs tələbəsi olan Leyla proqram çərçivəsində “Rəqəmsal marketinq” mövzusunda apardığı araşdırmanı təqdim edərək müasir kommunikasiya trendləri, rəqəmsal mühitdə istehlakçı davranışları və marketinq strategiyalarının transformasiyası kimi məqamları əhatəli şəkildə təhlil edib.

Onun çıxışı həm analitik yanaşması, həm də əldə olunan nəticələri sistemli şəkildə əsaslandırması ilə seçilib. Təcrübə müddətində Leyla Şahbazova həm elmi-praktiki biliklərini genişləndirib, həm də rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun bacarıqlarını daha da inkişaf etdirib.