İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat könüllüllərinin və "Afandi Business Academy"nin təşəbbüsü ilə “Marketinq və satış” mövzusunda təlim keçirilib.

Motivasiya, marketinq və satış üzrə peşəkar mütəxəssis İlham Əfəndiyev könüllülərə marketinqin əsas istiqaməti olan 4P, satışda uğurlu olmaq üçün əlaqələrin düzgün qurulması, müxtəlif qərar qəbul edənlərlə ünsiyyət üsulları, "SPIN" metodu haqqında ətraflı məlumat verib.

İnteraktiv keçən təlimdə könüllülər öz suallarını ünvanlayıb və sonda xatirə şəkil çəkilib.