“Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramının rəsmi açılışı keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Enterprise Azerbaijan portalı çərçivəsində “Startup School 3” proqramı üzrə “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramının rəsmi açılışı baş tutub.
Tədbirdə İİTKM-in İslahat könüllüləri təşkilati işlərdə yaxından iştirak edərək proqramın uğurla keçirilməsinə dəstək göstəriblər.
Proqram çərçivəsində startaplar üçün təlimlər, mentorluq sessiyaları və beynəlxalq əməkdaşlıq imkanları təqdim ediləcək, innovativ və davamlı layihələrin inkişafı təşviq olunacaq.











