İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat Könüllüləri təcrübə proqramını uğurla başa vuraraq təqdimatlarla çıxış ediblər.
Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Nəriman İsrafilov “Dayanıqlı maliyyə və yaşıl investisiyalar" mövzusunda, Luiss Guido Carli University tələbəsi Suzan Seydəmirova “İtaliyada startap qeydiyyatının tələbləri və üstünlükləri” mövzusunda, Azərbaycan Memarlıq və İnşaat Universiteti - AzMİU tələbələri Lamiyə Məmmədova “Azərbaycanda yaşıl iqtisadiyyat: Mövcud durum və perspektivlər” mövzusunda, Nigar Həmidova “Azərbaycanın biznes mühiti və qlobal trendlər” mövzusunda, Azərbaycan Dövlət İqtisad Universiteti tələbəsi Nazim Yusifzadə “Kapital bazarları və gənclər üçün investisiya imkanları” mövzusunda, Xəzər Universiteti tələbəsi Nihat Ağayev “Süni intellekt standartları” mövzusunda çıxışlar ediblər.









