Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, ASAN Xidmət və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə 5 dekabr "Könüllülərin IV Həmrəylik Forumu" keçirilib.

Forumda “İslahat Könüllüləri" Təşkilatı da iştirak edərək öz fəaliyyətləri barədə məlumat veriblər. Təşkilatın nümayəndəsi Şəfəq Dadaşova könüllü sahəsində xüsusi fərqləndiyinə görə diplom ilə təltif olunub.