İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İslahat Könüllüləri" Təşkilatı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən XII Məzun-Karyera Sərgisində təmsil olunub.

ADNSU tələbələrinə təşkilatın fəaliyyəti və İİTKM-in innovativ layihələri olan Rəqəmsal Ticarət Qovşağı, azexport.az və EnterpriseAzerbaijan.com portalları haqqında ətraflı məlumat verilib.