AYIN KÖNÜLLÜSÜ

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) könüllüsü Elnur Ələskərli könüllü proqramı çərçivəsində görülən işlərdə aktivliyi ilə fərqlənərək ayın könüllüsü seçilib. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi olan E.Ələskərli ingilis və alman dillərində sərbəst danışır. İİTKM-də fəaliyyət göstərdiyi dövrdə o, iqtisadi və analitik mövzularda araşdırmalar aparıb, həyata keçirilən layihələrə öz dəstəyini verib.

"İslahat Könüllüləri" Təşkilatı adından Elnuru təbrik edir, ona peşəkar fəaliyyətində uğurlar diləyirik!