“İslahat Könüllüləri” Təşkilatı Şuşa şəhərində baş tutan Azərbaycan Könüllü Təşkilatları İttifaqının II Hesabat-Seçki Konfransında iştirak edib.
İttifaqın üzvləri, təşkilatın sədrliyinə namizədliyi irəli sürülən “AFFA” Könüllüləri Proqramının rəhbəri Yusif Vəliyev və “DOST” Könüllüləri Proqramının rəhbəri Solmaz Həsənovanın namizədliyinə səsvermədə iştirak ediblər. Səsvermə nəticəsində, növbəti il ərzində AKTİ-nin sədri vəzifəsinə səs çoxluğu ilə Yusif Vəliyev yenidən sədr seçilib.