Təlimdə “islahat Könüllüləri” Təşkilatının yaradıcı üzvü Ümid Heybətov iştirak edib. Rəssam Yasəmən Rəhimli tərəfindən keçirilən təlim çərçivəsində Azərbaycan Könüllüləri ekoloji çantalar üzərində rəsm çəkiblər. Praktiki təlimin məqsədi eko-çantaların könüllülər arasında təbliğini genişləndirmək, ekologiyaya zərər vuran polietilen torbaların istifadəsini azaltmaqdır.