Fevralın 22-də gənclər və idman naziri Fərid Qayıbov könüllülük istiqamətində fəaliyyət göstərən təşkilatların nümayəndələri ilə görüşüb. 16 könüllü təşkilatın təmsil olunduğu görüşdə könüllülərlə işin təşkili, könüllülük fəaliyyətinin cəmiyyətdə təbliği məsələləri müzakirə edilib.
Görüşdə “İslahat Könüllüləri” Təşkilatı da iştirak edib.