İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Bakı Biznes Universitetinin tələbələrinə təlim keçirilib. Azərbaycanın xarici ticarət siyasətinə dair təşkil olunan təlimi “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə təqdim edib.

Tələbələr “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyətiylə tanış olub və ixrac icazələrinin verilməsi, ixrac statistikaları və digər istiqamətlər haqqında məlumatlar əldə ediblər.

Daha sonra təlim çərçivəsində Bakı Biznes Universitetinin 20-ə yaxın tələbəsinə Azərbaycanın iqtisadi siyasəti, xarici ticarət münasibətləri, idxal-ixrac əməliyyatları, qeyri-neft təyinatlı mal və məhsulların ixrac və idxalı, xidmətlər ixracının strukturu və cari vəziyyəti və s. istiqamətlər üzrə məlumatlar verilib.

Təlimin sonunda tələbələrin sualları cavablandırılıb. Bakı Biznes Universitetinin tələbə heyətinə növbəti təlimlərin keçirilməsi və tələbələrin iqtisadi savadlılığının daha da artırılması istiqamətində təcrübə proqramlarında iştirakıyla bağlı razılıq əldə edilib.