İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşkil etdiyi İslahat Könüllüləri təcrübə proqramını uğurla başa vuran könüllülər təqdimatlarla çıxış ediblər.
Proqram çərçivəsində Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) tələbələri müxtəlif mövzularda təqdimatlar ediblər:
- Riyad İsmayılov “Külək elektrik stansiyasının qurulmasının maliyyə tərəfləri” mövzusunda,
- Orxan Cəfərov “Azərbaycan Respublikasında Hidroenerji potensialı” mövzusunda,
- Həsən Camallı “Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı” mövzusunda çıxış ediblər.
Təcrübə proqramı gənclərin iqtisadi və enerji sahəsində biliklərini artırmaq, eyni zamanda praktiki bacarıqlarını inkişaf etdirmək məqsədini daşıyır.




